Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən bizneslər üçün yenilik!

22.09.2025
4027

Epoint Inc.DataPay şirkətləri arasında həyata keçirilən texnoloji əməkdaşlıq nəticəsində tam rəqəmsal formada kassa aparatı sifarişi funksionallığı istifadəyə verildi. Bu xidmət sahibkarlara ofisdən çıxmadan, tam onlayn şəkildə kassa aparatına sahib olmaq və onu idarə etmək imkanı yaradır.

Yeni funksionallıq sayəsində artıq biznes sahibləri epoint.az platformasına daxil olaraq, rəqəmsal imza ilə təsdiqlənmiş, sürətli çatdırılan və aylıq ödənişləri tam avtomatlaşdırılmış kassa aparatına asanlıqla keçid edə bilərlər.

Layihə, E-kassa operatoru olan DataPay şirkətinin texnologiya tərəfdaşlığı ilə reallaşdırılır.

Xidmət necə işləyir?

  1. Biznes sahibi epoint.az platformasına daxil olur

  2. Kassa aparatını onlayn formada sifariş edir və statusu izləyir

  3. Avadanlıq 1 iş günü ərzində ünvana çatdırılır və təhvil verilir

  4. Çatdırılma aktı rəqəmsal imza ilə təsdiqlənir

  5. Aylıq ödənişlər Epoint vasitəsilə həyata keçirilir

  6. Kassa əməliyyatları onlayn şəkildə idarə olunur və izlənilir


Xidmətin üstünlükləri

  • Ofisə getmədən, tam onlayn sifariş və aktivasiya

  • Ödəniş: bank kartları, Apple Pay, Google Pay, taksit kartları, m10, Epul, Portmanat, Birbank və digər mobil cüzdanlar

  • Aylıq ödənişlərin və lisenziyanın avtomatik aparılması

  • Kassa əməliyyatlarının izlənməsi və analitik hesabatlar

  • Sürətli çatdırılma, çevik sifariş prosesi, rəqəmsal imza ilə təsdiqləmə


Kampaniya: Yalnız 1 ay müddətinə!

Yeni texnoloji həllin tətbiqi ilə əlaqədar məhdud müddətli kampaniya başladılıb:

  • Kassa aparatını 50% endirimlə sifariş et

  • Aylıq xidmət haqqı cəmi 10 AZN

  • Ödənişləri 6 aya qədər taksit kartları ilə bölmək imkanı


“Bizneslərin rəqəmsallaşma prosesini daha da asanlaşdırmaq üçün bu funksiyanı yaratdıq. Məqsədimiz texnologiyanı sadələşdirmək və sahibkarlar üçün maksimum rahatlıq təmin etməkdir. Bu xidmət vasitəsilə hər bir sahibkar kassanı bir kliklə sifariş edə, bir gün ərzində təhvil alaraq dərhal fəaliyyətə başlaya bilər.”
— deyə Epoint Inc.DataPay şirkətlərinin rəhbəri Zeynal Kərimzadə bildirib.




📞 +99470 242 99 66
✉️ [email protected]